“Rabitə” qrup liderliyini qaytardı - YENİLƏNİB
16.12.2010 - 18:16
Çempionlar Liqasında mübarizə aparan “Rabitə” voleybol klubu bu gün növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, E qrupunda yer alan komandamız Polşa təmsilçisi “Aluprof”u qəbul edib.
“Sərhədçi” Olimpiya Mərkəzində baş tutan görüşdə “Rabitə” rəqibindən qisas almağı bacarıb. Belə ki, III turda səfərdə polşalılara 2:3 hesabı ilə uduzan komandamız 3:0 hesabı ilə qələbə qazanaraq, yenidən qrupun vahid liderinə çevrilib.
Dejan Brdjoviçin yetirmələri bu qələbədən sonra xallarının sayını 10-a çatdırıblar. Onlar 4 turun yekununa əsasən ən yaxın izləyiciləri “Skavolini” 2 xal qabaqlayırlar. Son 2 pillədə isə 5 xalla “Aluprof” və 1 xalla “Dinamo-Romprest” qərarlaşıblar.
17:00. “Rabitə” – “Aluprof” - 3:0 (25:13, 25:23, 25:12)
Hakimlər: Gennadi Kondakov (Ukrayna), Vincent Debarre (Fransa).
“Sərhədçi” Olimpiya Mərkəzi.
I set
Oyun “Rabitə”nin böyük üstünlüyü şəraitində start götürüb. İlk dəqiqələrdən təşəbbüsü ələ alan voleybolçularımız rəqiblərinə çətin anlar yaşadıblar. I texniki fasiləyə 5 top (8:3) irəlidə yollanan “Rabitə” sonda 12 top fərqi ilə qələbə qazanıb.
II set
İlk hissədə qazanılan qələbə Azərbaycan çempionu “Rabitə”nin oyununda bir qədər arxayınçılıq yaradıb. Bunun nəticəsi olaraq hesabda irəlidə çıxan voleybolçularımız setin sonlarında “Aluprof”un təzyiqi ilə üzləşiblər. Lakin baş məşqçi Dejan Brdjoviç taym-aut götürməklə görüşdə dönüş yarada bilib. Komandamız çətinliklə də olsa, seti aktivinə yazıb.
III set
Bu setdə voleybolçularımız əla oyun nümayiş etdirərək rəqibi çətin vəziyyətə salıb. Polşadakı görüşlə müqayisədə səhvsiz oynayan “Rabitə” inamlı qələbə qazanmaqla yanaşı, “Aluprof”dan güclü olmasını sübut edib.

Rabitə | 4 | 2 | 1 | 350-302 | 11-4 | 10 |
Skavolini | 4 | 3 | 1 | 345-311 | 10-5 | 8 |
Aluprof | 4 | 2 | 2 | 381-388 | 8-10 | 5 |
Dinamo-Romprest | 4 | 0 | 4 | 273-348 | 2-12 | 1 |
0
0