“Komandamız məğlubiyyətdən nəticə çıxarıb”
16.12.2010 - 13:37
“Komandamız məğlubiyyətdən nəticə çıxarıb. Biz artıq Bakıda keçiriləcək oyunda qalib gəlməyə tam hazırıq”. Apasport.az saytının məlumatına görə, bu sözlər “Rabitə” voleybol klubunun baş məşqçisi Dejan Brdjoviçə məxsusdur.
Çempionlar Liqasının IV turunda Bakı təmsilçisi bu gün Polşanın “Aluprof” komandası ilə qarşılaşacaq. Səfərdəki oyunda uduzan “rabitəçilər”in serbiyalı çalışdırıcısı həmin məğlubiyyətin əvəzini çıxacaqlarını deyib: “Polşada keçirilən ilk qarşılaşmada öz potensialımızı tam nümayiş etdirə bilmədik. Bunun üçün də səhvlər buraxdıq və məğlub olduq. Ancaq hazırda bu məğlubiyyət arxada qalıb. Biz meydana qələbə üçün çıxacağıq. Səfər matçı ilə müqayisədə blokda və müdafiəyə xüsusi diqqət yetirəcəyik”.
Qeyd edək ki, “Rabitə” - “Aluprof” görüşü saat 17:00-da başlayacaq.

0
0