69 dəqiqəyə 14 “qol”
16.12.2010 - 19:00
69 dəqiqəyə 14 “qol”
Çempionlar Liqasının IV turunda “Rabitə” (Azərbaycan) – “Aluprof” (Polşa) görüşünün bombardiri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “Sərhədçi” Olimpiya Mərkəzində keçirilən matçda ən çox xalı Bakı klubunun serbiyalı legioneri Sanya Staroviç toplayıb. O, 14 dəqiq zərbə ilə komanda yoldaşlarını qabaqlamağı bacarıb.

“Rabitə”nin digər üzvlərindən – Nataşa Krsmanoviç 13, Natalya Məmmədova 11, Kimberli Qlass 10, Mira Qoluboviç 7 və İrina Jukova 5 xala sahib olublar.

“Aluprof”un heyətində isə Berenika Okunievska və Natalya Babber hərəyə 12 xal qazanıblar.

Qeyd edək ki, 69 dəqiqə davam edən matçda “Rabitə” 3:0 hesabı ilə qalib gəlib.
0