Dünya çempionatından sonra istefa verən baş məşqçi Azərbaycanda
20.12.2010 - 12:16
“İqtisadçı” voleybol klubunun yeni baş məşqçisinin adı dekabrın 23-də dəqiqləşəcək. Bu barədə apasport.az saytına məlumatı komandanın vitse-prezidenti Seymur Orucov verib.
O bildirib ki, bir neçə mütəxəssislə danışıqlar getsə də, Xorvatiya yığmasının sabiq baş məşqçisi Miroslav Aksentijeviçə üstünlük veriləcək: “Rəşad Yazıçıoğulları ilə vidalaşdıqdan dərhal sonra baş məşqçi axtarışlarına başlamışıq. Bu postu tutacaq mütəxəssis avropalı olacaq. Çox güman ki, komandamızı dünya çempionatından sonra istefa verən Xorvatiya yığmasının sabiq baş məşqçisi Miroslav Aksentijeviçə etibar edəcəyik. Çünki biz onun xidmətində daha maraqlıyıq”.
Orucov digər namizədin də adını açıqlayıb: “Türkiyə milli komandasında baş məşqçi postuna namizəd və “Fənərbaxça”nın sabiq çalışdırıcısı belçikalı Jan de Brandtlə də danışıqlar aparırıq. Artıq təkliflərimizi irəli sürmüşük və 3 günə yeni baş məşqçimizin adına aydınlıq gələcək”.
Qeyd edək ki, səhhətində yaranan problemə görə türkiyəli mütəxəssis Rəşad Yazıçıoğulları az öncə “İqtisadçı”nın baş məşqçisi postundan ayrılıb.

0
0