“Yalandır, Vallah yalandır, belə şeylərə inanmayın” - MÜSAHİBƏ
21.12.2010 - 00:01
“İqtisadçı” voleybol klubunun baş məşqçisi postundan istefa verən tanınmış türkiyəli mütəxəssis Rəşad Yazıçıoğullarının apasport.az saytına müsahibəsi
- İstefa verməyinizə nə səbəb oldu?
- İşimə müdaxilələr olurdu. Mən də buna dözə bilmirdim. Bu səbəbdən rəhbərliklə danışaraq, getmək istədiyimi bildirdim. Çox sağ olsunlar ki, məni başa düşərək müqaviləni qarşılıqlı şəkildə pozmağa razılaşdılar.
- Amma klubun vitse-prezidenti Seymur Orucov apasport.az saytına açıqlamasında bildirib ki, sizin səhhətinizdə problem olduğu üçün istefa vermisiz.
- Ayrılmağıma bu amilin də rolu oldu, bunu inkar etmirəm. Bir neçə dəfə məşqlərdə də qan təzyiqindən əziyyət çəkmişəm. Sağlamlığımda problemlər var. Hətta Bakıda 5 kq arıqlamışam.
- Bəs işinizə kim müdaxilə edirdi?
- Bunu açıqlamaq istəməzdim. İnşallah, Azərbaycana növbəti səfərlərimdə bəlkə bu barədə danışdım. Amma deyə bilərəm ki, klubun vitse-prezidenti Seymur Orucovla heç bir problemim olmayıb. Mənim qərarlarıma hörmətlə yanaşıb və ayrılanda da halallıqla vidalaşmışıq. Bunun üçün Seymura bir daha təşəkkürümü bildirirəm.
- Müdaxilə barədə Azərbaycana qayıtdıqdan sonra danışacağınızı deyirsiniz. Tezliklə Bakıya səfəriniz gözlənirmi?
- Hələlik gəlməyi planlaşdırmıram. Amma Azərbaycan mənim ikinci vətənimdir. Bakıya əvvəllər də ara-sıra gəlirdim. Buna görə, bu səfərlərim gələcəkdə də davam edəcək.
- Qərarlarınıza müdaxilə edənlərin adını çəkməkdən imtina edirsiniz. Bəlkə voleybolçularla problemləriniz olub?
- Xeyr. Bundan söhbət gedə bilməz. Onların hamısı ilə normal münasibətim var idi. Gözəl komanda formalaşdırmışdıq. “Çelenc Cup”da 4 oyun keçirdik, hamısını qələbə ilə başa vurduq. 1 set də olsun uduzmadıq. III mərhələyə kimi yüksəlmişik. Super Liqada isə 3 oyunda “İqtisadçı”ya rəhbərlik etdim və yalnız birində məğlub olduq. Bunun üçün oyunçularla aramızda narazılıq olmayıb.
- Bəs müdaxiləni kim edirdi?
- Bunu hələ deməyəcəyəm.
- Türkiyə mətbuatı “İqtisadçı”dan ayrılmağınızı tamam başqa amillə bağlayır. Həmkarlarımız sizin hazırda “başsız” qalan milli komandanı çalışdırmaq üçün Bakı klubundan ayrıldığınızı yazırlar...
- Yalandır, Vallah yalandır, belə şeylərə inanmayın.
- Ola bilərmi ki, “İqtisadçı”dan ayrıldıqdan sonra belə bir təklif alasınız?
- Dəqiq nəsə deyə bilmərəm. Çünki vaxtı ilə çalışdırdığım “ay-ulduzlular”a rəhbərlik etmək üçün mənə müraciət olunmayıb.
- Bəs yenidən Azərbaycan klubları xidmətinizdə maraqlı olarlarsa, ölkəmizdə işləyərsinizmi?
- Niyə də işləməyim? Sevə-sevə çalışaram.
Tahir HÜMMƏTOV

0
0