“Fənərbaxça” dünya çempionu oldu
22.12.2010 - 11:21
“Fənərbaxça” dünya çempionu oldu
Qadın voleybolçular arasında klublararası dünya çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, Qətərdə keçirilən mundialın qalibi adını “Fənərbaxça” klubu qazanıb.

Türkiyə təmsilçisi finalda Braziliyanın “Sollis Osasko” komandasını 3:0 (25:23, 25:22, 25:17) hesabı ilə məğlub edib.

Üçüncü yeri Çempionlar Liqasının son qalibi “Foppapedretti” (İtaliya) tutub.

Qadınlardan fərqli, kişi voleybolçuların mübarizəsində Apennin təmsilçiləri qızıl medala yiyələniblər. Həlledici matçda Polşanın “Belçatov” komandasına 3:1 (25:22, 25:19, 20:25, 25:16) hesabı qalib gələn “Trentino BetKlik” klubu ardıcıl II dəfə dünya çempionu adını qazanıb. Bürünc mükafatlara isə “Paykan” (İran) sahib olub.
0