Vaxtı bilinməyən oyunun hakimləri müəyyənləşdi
28.12.2010 - 10:50
Vaxtı bilinməyən oyunun hakimləri müəyyənləşdi
Paytaxtın “Azərreyl”, “Lokomotiv” və “İqtisadçı” voleybol komandalarının “Çelenc Cup” turnirinin 1/16 final mərhələsində ilk oyunlarını idarə edəcək hakimlərin adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, Avropa Voleybol Konfederasiyası yanvarın 4-də keçiriləcək “A Linz-Steg” – “Lokomotiv” görüşündə ədaləti qorumağı Florin Dimaçiyə (Rumıniya) tapşırıb. Avstriyada II hakim funksiyasını Bruno Muha (Xorvatiya) yerinə yetirəcək.

Yanvarın 5-də “Olimpiakos” (Yunanıstan) – “Azərreyl” qarşılaşmasını isə İqnat Mitev (Bolqarıstan) və Eduard Kristin (Rumıniya) idarə edəcəklər.

“İqtisadçı”nın Serbiyada “Tent”lə matının tarixi hələ dəqiqləşməsə də, onları oyuna çıxaracaq referilər məlumdur. Universitet komandasının səfər görüşündə əsas söz sahibləri yunanıstanlı Georgios Papageorgiou və sloveniyalı Sanja Miklosiç olacaqlar.
0