“Rabitə” üçün ispaniyalı
30.12.2010 - 10:17
Qadın voleybolçular arasında Çempionlar Liqasının V turunu idarə edəcək hakimlərin adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, yanvarın 6-da İtaliyada keçiriləcək “Skavolini” – “Rabitə” görüşündə ədaləti qorumaq ispaniyalı Mariya Rodriguezə həvalə edilib. Bakı komandasının səfər matçında II referi funksiyasını isə xorvatiyalı Zdravko Hraniç yerinə yetirəcək.
Xatırladaq ki, Azərbaycan çempionu “Rabitə” paytaxtımızda keçirilən qarşılaşmada “Skavolini”yə 3:1 hesabı ilə qalib gəlmişdi.
Xatırladaq ki, Azərbaycan çempionu “Rabitə” paytaxtımızda keçirilən qarşılaşmada “Skavolini”yə 3:1 hesabı ilə qalib gəlmişdi.
0
0