“İlk oyunda qələbə qazanmaq istəyirik”
03.01.2011 - 11:26
“Səfərə xoş əhval-ruhiyyədə yollanırıq. İlk oyunda qələbə qazanmaq istəyirik”. Bu sözləri apasport.az saytına açıqlamasında Bakının “Lokomotiv” voleybol klubunun baş məşqçisi Aleksandr Çervyakov deyib.
Azərbaycan Super Liqasının gümüş mükafatçısı sabah “Çelenc Cup” turnirinin 1/16 final mərhələsində Avstriyada “A Linz-Steg” ilə qarşılaşacaq. Çervyakov bildirib ki, komandası səfər oyununa tam hazırdır: “Rəqiblə görüş heç də asan olmayacaq. Onlar CEV kubokunda uduzaraq, “Çelenc Cup”da yarışmaq hüququ qazanıblar. Bunun üçün burada həmin uğursuzluğu unutdurmağa çalışacaqlar. Amma məqsədimiz “Dördlər finalı”na kimi irəliləməkdir. Hazırda komandada da yüksək əhval-ruhiyyə hökm sürür. Çalışacağıq ki, ilk oyunda rəqibi məğlub edək və Bakıda keçiriləcək qarşılaşmaya rahat çıxaq”.
Qeyd edək ki, sabah Avstriyada keçiriləcək “A Linz-Steg” - “Lokomotiv” qarşılaşması saat Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

0
0