Bakı klubları avstriyalılara uduzmur - STATİSTİKA
04.01.2011 - 00:00
Bu gün voleybol üzrə qadınlar arasında “Çelenc Cup” turnirində 1/16 final mərhələsinin ilk oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, ölkəmizin “Azərreyl”, “Lokomotiv” və “İqtisadçı” ilə təmsil olunduğu bu mötəbər yarışda meydana öncə “Lokomotiv” çıxacaq.
Yanvarın 4-də Aleksandr Çervyakovun rəhbərlik etdiyi paytaxt klubu Avstriya “A Linz-Steg”inin qonağı olacaq. “Çelenc Cup”ın II mərhələsində Rusiyanın “Omiçka” komandasını “qızıl set”də mübarizədən kənarlaşdıran “dəmiryolçular”ın uğurlu seriyanı davam etdirəcəyini proqnozlaşdırmaq olar. Çünki indiyə kimi Avstriya klubları ilə 6 dəfə qarşılaşan təmsilçilərimiz hələ məğlubiyyət nə olduğunu bilmirlər. Üstəlik, “Lokomotiv” səfərə yüksək əhval-ruhiyyədə yollanıb. Azərbaycan Super Liqasında “Rabitə”nin qələbə seriyasını qıraraq turnir cədvəlində 2 pillə irəliləyən Aleksandr Çervyakovun yetirmələri bunun təsadüf olmadığını sübut etməyə çalışacaqlar.
Qeyd edək ki, “A Linz-Steg” - “Lokomotiv” görüşü saat 22:00-da start götürəcək.
Azərbaycan və Avstriya klublarının oyunları
Çempionlar Liqası, 2006/2007
Qrup mərhələsi
5 dekabr, 2006
SVS Post – “Azərreyl” - 1:3 (22:25, 27:25, 15:25, 21:25)
11 yanvar, 2007
“Azərreyl” - SVS Post – 3:0 (25:14, 25:15, 25:21)
CEV kuboku, 2009/2010
1/16 final mərhələsi
3 dekabr, 2009
SVS Post – “Azərreyl” - 2:3 (25:21, 25:27, 22:25, 25:21, 16:18)
8 dekabr, 2009
“Azərreyl” - SVS Post – 3:0 (25:18, 25:20, 25:15)
“Çelenc Cup”, 2010/2011
II təsnifat mərhələsi
8 dekabr, 2010
“İqtisadçı” - “Sparkasse” - 3:0 (25:10, 25:4, 25:11)
15 dekabr, 2010
“Sparkasse” - “İqtisadçı”- 0:3 (9:25, 19:25, 22:25)
Tahir HÜMMƏTOV

Azərreyl | 4 | 4 | 0 | 12-3 |
İqtisadçı | 2 | 2 | 0 | 6-0 |
Tahir HÜMMƏTOV
0
0