Azərbaycan çempionunu İtaliyada pis qarşıladılar
04.01.2011 - 17:51
Son Azərbaycan çempionu olan qadınlardan ibarət “Rabitə” voleybol klubu İtaliyada ciddi problemlə üzləşib. Klubdan apasport.az saytına verilən məlumata görə, Çempionlar Liqasında təmsilçimiz qrup mərhələsinin V turunda yanvarın 6-da qonağı olacağı “Skavolini” ilə vacib oyuna yollandığı İtaliyada pis qarşılanıb. Rəqibini paytaxtımızda beş ulduzlu oteldə qonaq edən “Rabitə” Pesaro şəhərində aşağı ulduzlu, pis şəraitli oteldə yerləşdirilib. Burada yeməkxana olmayıb, voleybolçularımız yuyunmaq üçün açıq havada 300 metr məsafə getməli olub. Bunlar isə bəzi oyunçularımızın soyuqlaması ilə nəticələnib. Bu üzdən “Rabitə” otelini dəyişməli olub. Çempionumuz bu gün öz hesabına daha yaxşı şəraiti olan məkana yollanıb.
Bunları isə italyanların “Rabitə”yə görüş öncəsi psixoloji təsir etməyə hesablanan addım saymaq olar. Çünki “Skavolini” birigün 3:0 hesabı ilə qalib gələrsə, qrupda liderliyi komandamızın əlindən alacaq.
Qeyd edək ki, əvvəllər digər voleybol komandamız – “Azerreyl” də avrokuboklarda İtaliya klubları ilə səfər oyunları zamanı analoji problemlə üzləşib.

0
0