Klopf: Bakıda bizə çətin olacaq
05.01.2011 - 11:10
“Rəqibimiz çox güclü idi. Oyunun taleyini də onların heyətində yer alan təcrübəli voleybolçular həll etdilər”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Çelenc Cup” turnirinin 1/16 final mərhələsinin ilk matçında Bakı “Lokomotiv”inə 0:3 hesabı ilə uduzan Avstriyanın “A Linz-Steg” klubunun voleybolçusu Yelisabet Klopf deyib.
30 yaşlı voleybolçu Aleksandr Çervyakovun yetirmələri ilə görüşdə zəif oynadıqlarını bildirib. Onun sözlərinə görə, “Çelenc Cup”da növbəti mərhələyə yüksəlməyi planlaşdırsalar da, “Lokomotiv”in gözəl oyunu onların arzularını puç edib: “Biz CEV kubokunda məğlubiyyətdən sonra “Çelenc Cup”da inamlı çıxış etmək istəyirdik. Lakin Azərbaycan təmsilçisi çox güclü oyun nümayiş etdirdi. Onlar layiq olduqları qələbəni qazandılar. Düzdür, cavab oyununda qalib gələrək “Qızıl set”ə ümid etmək olar. Lakin bu səfərdə heç də asan olmayacaq”.
Qeyd edək ki, “A Linz-Steg” “Lokomotiv”lə cavab oyununu yanvarın 12-də Bakıda keçirəcək.

- “Murov Az Terminal”dan yeni transfer
- Voleybol üzrə Avropa çempionatının açılış mərasimi keçirilib - FOTO
- Azərbaycanlı hakim voleybol üzrə Avropa çempionatına təyinat alıb
- Millimizin Avropa çempionatı üçün yekun heyəti bəlli olub
- Bakıda keçiriləcək voleybol üzrə Avropa çempionatının maskotları bəlli olub
0
0