21 illik sindroma qarşı - STATİSTİKA
06.01.2011 - 00:00
21 illik sindroma qarşı - STATİSTİKA
Azərbaycan çempionu “Rabitə” klubunu çətin sınaq gözləyir. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi bu gün Çempionlar Liqasının V turu çərçivəsində İtaliyada “Skavolini”nin qonağı olacaq.

Bakıda rəqibinə 3:1 hesabı ilə qalib gələn “Rabitə”nin səfərdə eyni uğuru təkrarlaması voleybol tariximizə qızıl hərflərlə yazılacaq. Çünki müstəqillik illərindən sonra İtaliyaya 8 dəfə səfər edən Azərbaycan klublarından indiyədək qələbə qazanan olmayıb.

Komandalarımızdan BMKZ (Bakı Məişət Kondisionerləri Zavodu) 2, “Azərreyl” isə 6 dəfə italiyalılarla oyundan məğlub ayrılıb. Dejan Brdjoviçin yetirmələri isə qələbə qazanacaqları halda, İtaliyada qalib gələn ilk Azərbaycan klubu olacaq. Onlar bununla 21 illik uğursuzluq sindromu da qıracaqlar.

Qeyd edək ki, “Skavolini” – “Rabitə” oyunu Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

CEV kuboku, 1990/1991
1/8 final

1 dekabr (1990)
“Peskopagano” – BMKZ – 3:1 (15:9, 6:15, 15:13, 15:7)

CEV kuboku, 1991/1992
1/4 final

22 yanvar (1992)
Modena – BMKZ – 3:1 (15:8, 15:7, 12:15, 15:8)

Çempionlar Liqası, 2002/2003
Qrup mərhələsi

16 yanvar (2003)
Modena – Azərreyl – 3:0 (25:23, 25:21, 25:21)

Çempionlar Liqası, 2004/2005
Qrup mərhələsi

15 dekabr (2004)
Novara – Azərreyl – 3:0 (25:20, 25:22, 25:16)

Çempionlar Liqası, 2005/2006
Qrup mərhələsi

11 yanvar (2006)
Peruca – Azərreyl – 3:0 (29:27, 25:19, 25:20)

Pley-off mərhələsi
15 fevral (2006)
Foppapedretti – Azərreyl – 3:1 (21:25, 25:15, 25:13, 25:18)

Çempionlar Liqası, 2006/2007
Qrup mərhələsi

16 yanvar (2007)
Skavolini – Azərreyl – 3:1 (25:14, 25:21, 25:27, 25:14)

Pley-off mərhələsi
8 fevral (2007)
Foppapedretti – Azərreyl – 3:0 (25:17, 25:17, 25:16)

Tahir HÜMMƏTOV
0