“Azərbaycan çempionundan qisas almaq istəyirik”
06.01.2011 - 13:50
“Azərbaycan çempionundan qisas almaq istəyirik”
“Bizi yalnız qələbə qane edəcək. Çünki çempion olmaq istəyiriksə, pley-offa qrup qalibi kimi yüksəlməliyik”. Apasport.az saytının məlumatına görə, bu sözləri İtaliyanın “Skavolini” klubunun baş məşqçisi Paolo Tofoli deyib.

Bu gün Çempionlar Liqasının V turunda Azərbaycan Super Liqasının qalibi “Rabitə”ni qəbul edəcək Apennin təmsilçisinin çalışdırıcısı növbəti mərhələyə vaxtından əvvəl yüksəlmək arzusundadır. O bildirib ki, Bakı klubunu məğlub etməklə həm də qisas almış olacaqlar: “Biz Azərbaycanda oyunda da qələbə qazanmağı planlaşdırırdıq. Lakin “Rabitə” gözəl müdafiə sayəsində bizi məğlub etdi. Onlar yaxşı komandadır. Heyətlərində yığmalarının ulduzu Natalya Məmmədova və serbiyalı Sanya Staroviç kimi gözəl hücumçular yer alıblar. Amma bunlara baxmayaraq, qisasımız almaq istəyirik. Buna isə “Rabitə”nın aparıcı voleybolçularına qarşı hazırladığımız taktika ilə nail olacağıq”.

Qeyd edək ki, 4 turdan sonra “Rabitə” 10, “Skavolini” isə 8 xala malikdir.
0