Çexiya klubu Bakıya gələsi olmadı
06.01.2011 - 16:12
Çexiya klubu Bakıya gələsi olmadı
Həndbol üzrə Bakının ABU komandasının “Çelenc Cup” turnirinin 1/16 final mərhələsində Çexiya “Sokol Pisek”i ilə hər 2 görüşü səfərdə təşkil ediləcək. Apasport.az saytının məlumatına görə, fevralın 5-i və ya 6-da rəqibini Bakıda qəbul etməli olan Azərbaycan çempionu qarşılıqlı razılaşmaya əsasən ev oyununu da Banska Bistritsa şəhərində keçirəcək.

Rəfiqə Şabanovanın yetirmələri “Sokol Pisek”lə ilk görüşə fevralın 12-də, cavab qarşılaşmasına isə 1 gün sonra çıxacaqlar.

Qeyd edək ki, hələ matçların saatı dəqiqləşməyib.
0