“Azərbaycan çempionuna asanlıqla məğlub olmayacağıq”
10.01.2011 - 11:42
“Bu mövsüm çıxışımız istədiyimiz kimi alınmadı. Güclü qrupda yer aldığımızdan bütün matçlarımız çətin keçdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Çempionlar Liqasında Bakının “Rabitə” voleybol klubunun rəqibi olan Rumıniya “Dinamo-Romprest”inin kapitanı Alida Markovici deyib.
Sabah Çempionlar Liqasının qrup mərhələsinə yekun vurulacaq. Son turda Azərbaycan çempionu ilə qarşılaşacaq “Dinamo-Romprest”in 37 yaşlı təcrübəli voleybolçusu Markovici bildirib ki, Bakıda keçiriləcək görüşdə yalnız baxımlı oyuna ümid edirlər: “Bizi “Rabitə” ilə gərgin mübarizə gözləyir. İlk turda onlar layiqli qələbə qazandılar. Biz bilirik ki, bu dəfə də rəqibimizi 3 xal qane edəcək. Çünki Bakı klubu pley-offa vəsiqə qazansa da, qrupu I pillədə başa vurmaq istəyir. Lakin biz də asanlıqla məğlub olmayacağıq. İtiriləsi heç nə qalmadığından ürəklə oynayacağıq. Bu isə baxımlı oyunla yadda qalacaq”.
Qeyd edək ki, “Rabitə” – “Dinamo-Romprest” oyunu sabah saat 17:00-da start götürəcək.

- “Murov Az Terminal”dan yeni transfer
- Voleybol üzrə Avropa çempionatının açılış mərasimi keçirilib - FOTO
- Azərbaycanlı hakim voleybol üzrə Avropa çempionatına təyinat alıb
- Millimizin Avropa çempionatı üçün yekun heyəti bəlli olub
- Bakıda keçiriləcək voleybol üzrə Avropa çempionatının maskotları bəlli olub
0
0