Azərbaycan çempionunu qələbə qane edir
10.01.2011 - 17:40
Azərbaycan çempionunu qələbə qane edir
Sabah qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsinə yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, E qrupunda yer alan Azərbaycan çempionu “Rabitə” son turda Rumıniyanın “Dinamo-Romprest” klubunu qəbul edəcək.

Bu oyunda qələbə Bakı klubu üçün vacibdir. Komandamız xal itirəcəyi halda qrup liderliyini əldən verə bilər. Bunun üçün V turdan pley-off mərhələsinə vəsiqə qazanan voleybolçularımızın bu şansı əldən verəcəyi inandırıcı görünmür. Onların qarşılaşacağı “Dinamo-Romprest”in hələ də qələbəyə həsrət qaldığını nəzərə alsaq, “Rabitə”nin rumıniyalıları “quru hesabla” məğlub edəcəyini proqnozlaşdırmaq olar.

“Sərhədçi” Olimpiya Mərkəzində baş tutacaq görüş saat 17:00-da start götürəcək. Qrupumuzun digər matçında isə Polşa “Aluprof”u İtaliya “Skavolini”sini qəbul edəcək.

Xatırladaq ki, Dejan Brdjoviçin yetirmələri ilk turda “Dinamo-Romprest”lə qarşılaşmışdı və 3:0 hesabı ilə qələbə qazanmışdı.

Rabitə

5

3

2

446-410

13-7

11

Skavolini

5

4

1

453-407

13-7

10

Aluprof

5

3

2

481-471

11-11

8

Dinamo-Romprest

5

0

5

356-448

3-15

1


0