Dejan Brdjoviç Rumıniya çempionunu məğlub edəcəklərinə inanır
11.01.2011 - 14:52
Dejan Brdjoviç Rumıniya çempionunu məğlub edəcəklərinə inanır
“İtaliya çempionu “Skavolini” ilə çətin görüşdən sonra lazımı hazırlıq üçün vaxtımız az oldu. Amma bu heç zəif oynayacağımıza bəraət qazandırmır”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “Rabitə” voleybol klubunun baş məşqçisi Dejan Brdjoviç deyib.

Bu gün Çempionlar Liqasının qrup mərhələsinə yekun vurulacaq. 1 həftədə II görüşünə çıxacaq Azərbaycan çempionu VI turda Rumıniyanın “Dinamo-Romprest” komandasını sınağa çəkəcək. Serbiyalı mütəxəssis bildirib ki, İtaliya səfərindən yeni dönmələrinə baxmayaraq, qrup mərhələsini qələbə ilə başa vurmağı planlaşdırırlar: “5 gün öncə “Skavolini”yə uduzsaq da, qrup mərhələsinin son matçında uğur qazanmaq istəyirik. Bunun üçün komandamız var gücü ilə oynayacaq. Bakıda keçirdiyimiz hər 2 görüşdə rəqiblərimizi məğlub etməyi bacarmışıq. İnanıram ki, bu seriyanı davam etdirəcəyik”.

Qeyd edək ki, “Rabitə” - “Dinamo-Romprest” “Sərhədçi” Olimpiya İdman Mərkəzində saat 17:00-da start götürəcək.
0