Sanya Staroviç: “Çalışacağıq ki, bu uğuru sonacan davam etdirək”
12.01.2011 - 09:59
“Biz qrup mərhələsində qarşıya qoyduğumuz məqsədə nail olduq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “Rabitə” voleybol klubunun serbiyalı legioneri Sanya Staroviç deyib.
Paytaxt klubu Çempionlar Liqasının növbəti mərhələsinə qrup qalibi kimi vəsiqə qazanıb. Bu uğurda xüsusi pay sahibi olan Staroviç son turda Rumıniyanın “Dinamo-Romprest” komandası ilə görüşə münasibət bildirib: “Bizə son oyunu 3 xalla başa vurmaq lazım idi. Şadam ki, bunu bacardıq və pley-off mərhələsinə qrup qalibi kimi yüksəldik. Düzdür, rumınlarla qarşılaşma elə də maraqlı alınmadı. Amma ən əsası zala toplaşan azarkeşlərə növbəti qələbə sevincini yaşatdıq. Çalışacağıq ki, bu uğuru sonacan davam etdirək”.
Qeyd edək ki, “Rabitə”nin “Dinamo-Romprest”ə 3:0 hesabı ilə qalib gəldiyi oyunda Staroviç bombardir olub.

- “Murov Az Terminal”dan yeni transfer
- Voleybol üzrə Avropa çempionatının açılış mərasimi keçirilib - FOTO
- Azərbaycanlı hakim voleybol üzrə Avropa çempionatına təyinat alıb
- Millimizin Avropa çempionatı üçün yekun heyəti bəlli olub
- Bakıda keçiriləcək voleybol üzrə Avropa çempionatının maskotları bəlli olub
0
0