“Rabitə”nin pley-offda rəqibləri müəyyənləşib
12.01.2011 - 10:43
Bakının “Rabitə” voleybol klubunun Çempionlar Liqasının pley-off mərhələsində potensial rəqiblərinin adları dəqiqləşib. Apasport.az saytının məlumatına görə, növbəti mərhələyə Azərbaycan çempionu ilə yanaşı, 7 ölkənin 11 komandası vəsiqə qazanıb. Bunlar Türkiyənin “Fənərbaxça”, “Əczaçıbaşı”, “VakıfGünəş TTelekom”, İtaliyanın “Skavolini”, “Villa Korteze”, Polşanın “Bank BPS Fakro”, “Aluprof”, Fransanın “Kann”, Rusiyanın “Dinamo” (Moskva), İsveçrənin “Volero” və Çexiyanın “Modranska” klublarıdır.
Pley-off mərhələsinin püşkatma mərasimi fevralın 14-də keçiriləcək. Həmin gün həmçinin “dördlər finalı”na ev sahibliyi edəcək ölkənin də adına aydınlıq gələcək. Bundan sonra pley-offa vəsiqə qazanan həmin klubun isə Rusiyanın “Zariçye Odintsova”a ilə əvəzlənəcəyi gözlənilir.
Xatırladaq ki, “dördlər finalı”na ev sahibliyi etmək üçün “Rabitə” də Avropa Voleybol Konfederasiyasına rəsmi müraciət edib.

0
0