“Lokomotiv” 1/8 finalda! - YENİLƏNİB
12.01.2011 - 17:41
Bu gün Bakının “Lokomotiv” voleybol klubu “Çelenc Cup” turnirinin 1/16 final mərhələsinin cavab oyununu keçirib. Apasport.az saytının məlumatına görə, “dəmiryolçular” Avstriyanın “A Linz-Steg” komandasını qəbul ediblər.
Səfərdə rəqibinə 3:0 hesabı ilə qalib gələn Azərbaycan Super Liqasının gümüş mükafatçısı bu dəfə də asan qələbə qazanıb. Aleksandr Çervyakovun klubdan kənarlaşdırılmasından sonra “Lokomotiv”i baş məşqçi kimi ilk dəfə meydana çıxaran serbiyalı Draqutin Baltiç “quru hesablı” qələbəyə sevinib. Onun yetirmələri 3 setdə rəqibə cəmi 29 xal veriblər.
Beləliklə, hər 2 görüşdə “A Linz-Steg” klubunu məğlub edən “Lokomotiv” 1/8 final mərhələsinə vəsiqə qazanıb.
Xatırladaq ki, Bakı klubu “Çelenc Cup” turnirinin II təsnifat mərhələsində Rusiyanın “Omiçka” klubuna “Qızıl set”də qalib gəlmişdi.
Cavab oyunu
“Lokomotiv” – “A Linz-Steg” - 3:0 (25:8, 25:9, 25:12)
Hakimlər: İlya Penkov (Bolqarıstan), Kiril Nesterenko (Rusiya).
“Sərhədçi” Olimpiya Mərkəzi.

0
0