“Azərreyl” “Olimpiakos”a asanlıqla qalib gəldi - YENİLƏNİB
12.01.2011 - 20:03
Bu gün Bakının “Azərreyl” voleybol klubu “Çelenc Cup” turnirinin 1/16 final mərhələsinin ilk oyunu keçirib. Apasport.az saytının məlumatına görə, Vüqar Əliyevin yetirmələri Yunanıstanın “Olimpiakos” komandası ilə qarşılaşıblar.
Oyun gözlənilənlərin əksinə, “Azərreyl”in asan qələbəsi ilə yekunlaşıb. İlk setdə yunanlara 25:7 hesabı ilə qalib gələn “dəmiryolçular” növbəti hissədə də qonaqları məğlub etməkdə çətinlik çəkməyiblər – 25:15.
III setin əvvəlində isə voleybolçularımız “Olimpiakos”un müqaviməti ilə üzləşib. Lakin tezliklə oyunda dönüş yaradan “Azərreyl” ilk matçı qələbə ilə başa vurub.
Komandalar arasında razılaşmaya əsasən cavab görüşü də Bakıda keçiriləcək. “Sərhədçi” Olimpiya Mərkəzində təşkil ediləcək oyun sabah saat 19:30-da start götürəcək.
Xatırladaq ki, “Azərreyl” II təsnifat mərhələsində Yunanıstanın digər klubu - “Markopoulo”nu mübarizədən kənarlaşdırmışdı.
İlk oyun
“Olimpiakos” – “Azərreyl” - 0:3 (7:25, 15:25, 13:25)
Hakimlər: Maçej Tvardovski (Polşa), Pavel Anderson (Rusiya).
“Sərhədçi” Olimpiya Mərkəzi.

0
0