“Lokomotiv”in növbəti rəqibi müəyyənləşdi
12.01.2011 - 18:57
Bakının “Lokomotiv” voleybol klubunun “Çelenc Cup” turnirinin 1/8 final mərhələsində rəqibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “dəmiryolçular” növbəti mərhələdə Kiprin “Apollon Limassol” qarşılaşacaqlar.
İlk oyun fevralın 1-3-də Bakıda, cavab görüşü isə 1 həftə sonra səfərdə baş tutacaq.
Qeyd edək ki, II təsnifat mərhələsindən mübarizəyə başlayan “Lokomotiv” öncə Rusiyanın “Omiçka”, ardınca Avstriyanın “A Linz-Steg” klubunu mübarizədən kənarlaşdırıb.

0
0