Bakı klubu üçün növbəti rəqib - “Stiinta”
13.01.2011 - 18:20
Bakının “İqtisadçı” voleybol klubunun “Çelenc Cup” turnirinin 1/8 final mərhələsində rəqibinin adı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, Jan de Brandtin yetirmələri bu mərhələdə Fransanın “EVREUX” komandasını mübarizədən kənarlaşdıran Rumıniyanın “Stiinta” klubu ilə qarşılaşacaqlar.
“İqtisadçı” Bakau təmsilçisi ilə ilk matçını fevralın 1-3-də səfərdə, cavab görüşünü isə 1 həttə sonra Bakıda keçirəcək.
Xatırladaq ki, universitet komandası əvvəlki mərhələlərdə Bosniya və Herseqovinanın “Kula”, Avstriyanın “Sparkasse” və Serbiyanın “Tent” klubları ilə dueldən qalib ayrılıblar.

- “Murov Az Terminal”dan yeni transfer
- Voleybol üzrə Avropa çempionatının açılış mərasimi keçirilib - FOTO
- Azərbaycanlı hakim voleybol üzrə Avropa çempionatına təyinat alıb
- Millimizin Avropa çempionatı üçün yekun heyəti bəlli olub
- Bakıda keçiriləcək voleybol üzrə Avropa çempionatının maskotları bəlli olub
0
0