Vasiliki Nikouli: “Azərreyl” “dördlər finalı”na çıxmaqda çətinlik çəkməyəcək
14.01.2011 - 11:50
“Biz turnirin ən güclü komandalarından birinə uduzduq. Bunu faciə adlandırmaq düzgün olmaz”. Apasport.az saytının məlumatına görə, bu sözləri Yunanıstanın “Olimpiakos” klubunun təcrübəli voleybolçusu Vasiliki Nikouli deyib.
“Çelenc Cup” turnirinin 1/16 final mərhələsində Bakının “Azərreyl” komandası ilə dueldən məğlub ayrılan Yunanıstan çempionunun aparıcı üzvü Nikouli bildirib ki, Vuqar Əliyevin yetirmələri həlledici görüşə kimi irəliləmək gücündədir: “Azərbaycan klubunun heyəti çox güclü voleybolçulardan təşkil edilib. Onlar hər mövqedə əla oynayırdılar. Bizim heyətin əsasını isə gənclər təşkil edir. Bunun üçün də səviyyə fərqi özünü göstərdi. Bakıda keçirdiyimiz hər 2 matçda rəqib inamlı – 3:0 hesabı ilə qələbə qazandı. Biz isə yalnız onlar uğurlar arzulaya bilərik. Fikrimcə, “Azərreyl” “dördlər finalı”na çıxmaqda çətinlik çəkməyəcək”.
Xatırladaq ki, “Azərreyl” “Çelenc Cup” turnirinin II təsnifat mərhələsində də Yunanıstan klubuna qalib gəlmişdi. Vüqar Əliyevin yetirmələri “Olimpiakos”dan öncə “Markopoulo” komandasını məğlub etmişdi.

0
0