“Rabitə” pley-offda Çexiya çempionu ilə qarşılaşacaq
15.01.2011 - 10:15
“Rabitə” pley-offda Çexiya çempionu ilə qarşılaşacaq
Qadın voleybolçular Çempionlar Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, Lüksemburqda baş tutan mərasimdə Bakının “Rabitə” klubunun rəqibi müəyyənləşib.

Qrup mərhələsini I yerdə başa vuran Dejan Brdjoviçin yetirmələri püşkün nəticəsinə görə Çexiya çempionu “Modranska” klubu ilə qarşılaşacaqlar. Onlar il oyunu fevralın 1-3-də səfərdə, cavab görüşünü 1 həftə sonra Bakıda keçirəcəklər.

Bu cütün qalibi isə “dördlər finalı”na yüksəlmək üçün “Bank BPS Farko” (Polşa) və “Karnagi” (İtaliya) cütün güclüsü ilə üz-üzə gələcək.
0