“Bakı”nın legioneri İtaliya çempionu ilə müqavilə imzaladı - FOTO
15.01.2011 - 11:56
“Bakı”nın amerikalı voleybolçusu Eşli Enqli komandanın düşərgəsini tərk edib. Apasport.az saytının məlumatına görə, buna toppaylayıcının cəlbedici təklif alması səbəb olub.
Belə ki, Super Liqanın ilk dövrəsində “Bakı”nın uğurları üçün çalışan Enqli karyerasını İtaliyanın “Skavolini” komandasında davam etdirəcək. Çempionlar Liqasının ilk mərhələsində Azərbaycanın “Rabitə” klubu ilə eyni qrupda yer alan Pesaro təmsilçisi voleybolçu ilə mövsümün sonunacan müqavilə imzalayıb.
Qeyd edək ki, Enqli ilə qarşılıqlı razılaşmaya əsasən müqaviləni pozan “Bakı” komandaya yeni voleybolçu gətirməyəcək. Amerikalının əvəzinə klubun 2-ci dispetçeri olan Puerto-Riko yığmasının üzvü Vilmarye Mojika çıxış edəcək.

0
0