“Azərbaycan çempionunu məğlub etmək çətin olacaq”
15.01.2011 - 12:37
“Azərbaycan çempionunu məğlub etmək çətin olacaq”
“Püşk bizə çox çətin rəqib qismət etdi. Buna baxmayaraq, növbəti mərhələyə yüksəlmək arzusundayıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Çexiya çempionu “Modranska” voleybol klubunun baş məşqçisi Miroslav Çad deyib.

Çempionlar Liqasının I pley-off mərhələsində “Modranska” Bakının “Rabitə” komandası ilə münasibətlərinə aydınlıq gətirəcək. Çad bildirib ki, bu oyun heç də asan olmayacaq: “Rəqibimizin heyətində 7 ölkənin yığmasının üzvü çıxış edir. Onların maddi durumu da əladır. Düzdür, bu mərhələni keçmək bir qədər çətin olacaq. Amma buna baxmayaraq, Çexiyada keçiriləcək ilk görüşü qazanmalıyıq. “Rabitə”ni səfərdə məğlub etmək isə asan olmayacaq. Çünki onlar E qrupunu I pillədə başa vurublar və evdə İtaliya “Skavolini”sinə qalib gəliblər. Biz mövsüm öncəsi Azərbaycanın “Azərreyl” və “Lokomotiv” klubları ilə də qüvvəmizi sınadıq. Hər 2 görüşdə 3:2 hesabı ilə qələbə qazansaq da, bunun asan olmadığını etiraf etməliyik”.

Qeyd edək ki, “Modranska” – “Rabitə” arasında ilk matç fevralın 1-3-də, cavab görüşü isə 1 həftə sonra keçiriləcək.
0