Korina Suşke: Azərbaycan voleybolu inkişafdadır
15.01.2011 - 14:32
“Biz yolumuza davam etmək istəyirik. Bunun üçün rəqib haqqında lazımı məlumatı toplayaraq, onlara qalib gəlməyə çalışacağıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Çexiyanın “Modranska” klubunun voleybolçusu Korina Suşke deyib.
“Modranska”nın 27 yaşlı almaniyalı legioneri Çempionlar Liqasının püşkatma mərasimindən sonra I pley-off mərhələsində Bakının “Rabitə” klubu ilə düşmələrinə münasibət bildirib: “Rəqibimiz səviyyəli komandadır. Heyətində təcrübəli voleybolçular yer alıb. Hazırda Azərbaycan voleybolu inkişafdadır. Bunun üçün bizi çətin oyun gözlədiyini deyə bilərəm. Lakin heç bir komanda keçilməz deyil. Çalışacağıq ki, uğurlu oyunlar seriyamızı davam etdirək”.
Qeyd edək ki, turnirdə “Rabitə” kimi “wild card”la iştirak edən Çexiya çempionu pley-off mərhələsinə qrup üçüncüsü kimi yüksəlib.

0
0