Azərbaycan çempionunun Çexiyaya gedəcəyi tarix dəqiqləşdi
17.01.2011 - 13:28
Azərbaycan çempionunun Çexiyaya gedəcəyi tarix dəqiqləşdi
Bakının “Rabitə” voleybol klubunun Çempionlar Liqasında keçirəcəyi növbəti oyununun tarixi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bu mötəbər yarışın pley-off mərhələsində Çexiya “Modranska”sı ilə qarşılaşacaq Azərbaycan çempionu ilk matçını fevralın 3-də keçirəcək.

Səfərdə baş tutacaq görüş Bakı vaxtı ilə saat 21:10-da start götürəcək.
Qeyd edək ki, paytaxtımızda təşkil ediləcək cavab oyununun vaxtı hələ dəqiqləşməyib.
0