“Azərreyl” zirvəni ələ keçirdi - YENİLƏNİB
18.01.2011 - 19:31
Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında II dövrənin oyunları start götürüb. Apasport.az saytının məlumatına görə, VI turun ilk matçında “Azərreyl” - “Bakı” komandaları güclərini yoxlayıblar. Matç gözlənildiyi kimi, Vüqar Əliyevin yetirmələrinin üstünlüyü şəraitində keçib. Bunun nəticəsi olaraq, “Azərreyl” “quru hesabla” qələbə qazanıb.
Turun mərkəzi görüşü “Rabitə” və “İqtisadçı” voleybolçuları arasında olub. Super Liqanın son qalibi və bürünc mükafatçısının duelində Dejan Brdjoviçin yetirmələrinin qələbə qazanacaqlarını proqnozlaşdırılsa da, hər şey əksinə olub. “İqtisadçı”nın baş məşqçisi Jan de Barndtın Azərbaycan çempionatında debütü uğurlu alınıb. Universitet komandası belçikalı mütəxəssisin rəhbərliyi altında “Rabitə”dən ilk dövrədəki məğlubiyyətin əvəzini çıxıb. Görüş ərzində gözəl oyun nümayiş etdirən “İqtisadçı” hər 3 setdə rəqibindən üstün olaraq, xallarının sayını onlara çatdırıb.
Günün son matçında serbiyalı baş məşqçi Draqutin Baltiçin Super Liqada “Lokomotiv”lə ilk oyunu da qələbə ilə başa çatıb. İlk turda Aleksandr Çervyakovun rəhbərliyi altında gözlənilmədən debütant “Şirvan”a uduzan “Lokomotiv” bu dəfə rəqibini “quru hesabla” məğlub edib. Onlar qələbədən sonra liderlərlə xal fərqini bir qədər də azaldıblar.
Qeyd edək ki, “Rabitə”nin “İqtisadçı”ya uduzması “Azərreyl”in vahid liderə çevrilməsi ilə nəticələnib.
II dövrə
VI tur
18 yanvar
“Azərreyl” - “Bakı” - 3:0 (25:21, 25:17, 25:15)
İlk oyun: “Bakı” – “Azərreyl” - 0:3 (19:25, 21:25, 16:25)
“Rabitə” - “İqtisadçı” - 0:3 (24:26, 23:25, 22:25)
İlk oyun: “İqtisadçı” – “Rabitə” - 0:3 (14:25, 27:29,19:25)
18:00. “Lokomotiv” - “Şirvan” - 3:0 (25:16, 25:14, 25:23)
İlk oyun: “Şirvan” - “Lokomotiv” - 3:2 (18:25; 25:21; 26:28; 26:24; 15:13)

1 | Azərreyl | 6 | 5 | 1 | 16-5 | 11 |
2 | Rabitə | 6 | 4 | 2 | 14-7 | 10 |
3 | İqtisadçı | 6 | 4 | 2 | 14-8 | 10 |
4 | Lokomotiv | 6 | 3 | 3 | 11-12 | 9 |
5 | Bakı | 6 | 1 | 5 | 5-15 | 7 |
6 | Şirvan | 6 | 1 | 5 | 4-17 | 7 |
0
0