Milli komandamız reytinq cədvəlində 6 pillə irəlilədi
19.01.2011 - 16:26
Beynəlxalq Voleybol Federasiyası (FİVB) 2011-ci ilin ilk reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, yanvar ayı üçün açıqlanan siyahıda qadınlardan ibarət Azərbaycan yığması 6 pillə irəliləyib. Aktivində 16,5 xalı olan Faiq Qarayevin yetirmələri 30-cu pilləyə yüksəliblər.
Avro-2011 final mərhələsində milli komandamızın rəqiblərindən İtaliya voleybolçuları istisna olmaqla, Türkiyə və Xorvatiya yığmaları da mövqelərini yaxşılaşdırıblar. 1 pillə irəliləyən türklər 11-ci (63,5 xal), 6 pillə irəliləyən xorvatlar 23-cü (21,5 xal) yerə qalxıblar. Aktivində 139,50 xallı olan Apennin təmsilçisi isə 1 pillə geriləməklə, ilk “3-lüyü” tərk edib.
Yeni siyahıda Braziliya 200 xalla 1-ci, ABŞ 174 xalla 2-ci və Yaponiya 143,5 xalla 3-cü yerdədir.
Qeyd edək ki, qadın yığmamızla müqayisədə, kişi voleybolçularımız yenidən geriləyiblər. Sahib Əliyevin yetirmələri 89-cu pillədən 94-cü yerə eniblər.

0
0