“Modranska”nın Bakıya gələcəyi tarix müəyyənləşdi
20.01.2011 - 14:39
“Modranska”nın Bakıya gələcəyi tarix müəyyənləşdi
Bakının “Rabitə” voleybol klubunun Çempionlar Liqasında keçirəcəyi növbəti matçın tarixi dəqiqləşib. Apasport.az saytının məlumatına görə, turnirin pley-off mərhələsində Çexiyanın “Modranska” komandası ilə baş tutacaq cavab oyununun vaxtı və başlama saatı müəyyənləşib.

Belə ki, Azərbaycan və Çexiya çempionları Bakıda fevralın 10-da münasibətlərinə aydınlıq gətirəcəklər. “Sərhədçi” Olimpiya Mərkəzində keçiriləcək qarşılaşma saat 17:00-da start götürəcək.

Xatırladaq ki, “Modranska” - “Rabitə” görüşü fevralın 3-də olacaq.
0