“Azərbaycan klubuna keçidim özümü göstərmək üçün bir şansdır” - FOTO
20.01.2011 - 16:22
“Çempionlar Liqasında böyük hədəfləri olan “Rabitə”yə dəvəti çox xoş qarşıladım”. Apasport.az saytının məlumatına görə, bu sözləri Xorvatiya yığmasının voleybolçusu Marina Miletiç deyib.
Rusiyanın “Dinamo-Yantar” klubundan Azərbaycan çempionu “Rabitə”yə transfer olunan 28 yaşlı hücumçu bildirib ki, bu onun üçün bir şansdır: “Yeni komandamın qarşısında çox böyük məqsədlər var. Onlar Avropanın ən möhtəşəm yarışında – Çempionlar Liqasında sonacan irəliləməyi planlaşdırırlar. Bu, həm də özümü ən yüksək səviyyədə göstərmək üçün bir şansdır”.
Miletiç mövsümün ortasında onun Azərbaycana gəlişində problem yaratmayan “Dinamo-Yantar” rəhbərliyinə də minnətdarlıq edib: “Məni çempionatın qızğın çağında “Rabitə”yə buraxan “Dinamo-Yantar”ın rəhbərliyinə təşəkkür edirəm. Hazırda komanda zədə epidemiyasına görə çətin vəziyyətə düşüb. Lakin mən inanıram ki, sabiq klubum bu çətinliyin öhdəsindən gələcək”.

0
0