Azərbaycan çempionatının təqvimində dəyişiklik
21.01.2011 - 11:20
Azərbaycan çempionatının təqvimində dəyişiklik
Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının təqvimində dəyişiklik edilib. Voleybol Federasiyasından apasport.az saytına verilən məlumata görə, VIII turunun oyunları əvvəlcədən nəzərdə tutulan tarixdə - yanvarın 28-də baş tutmayacaq. Həmin vaxt Super Liqa klubları Çempionlar Liqasına və “Çelenc Cup” turnirində növbəti oyunlara hazırlaşdıqlarından bütün görüşlər təxirə salınıb.

Yeni təqvimə əsasən, həmin turun oyunları fevralın 14-də keçiriləcək. IX turun oyunlarının da vaxtı dəqiqləşib. Bu fevralın 17-ə təsadüf edəcək. Lakin II dövrənin son turunun görüşlərinin dəqiq tarixi hələ müəyyənləşməyib. X turun matçlarının fevralın 26-da və ya 27-də təşkil edilməsi planlaşdırılır. Buna səbəb isə həmin ərəfədə Avrokubok oyunlarının olmasıdır.

Qeyd edək ki, VII turun oyunları sabah keçiriləcək.
0