Bakı klubunun Ukraynaya səfərinin vaxtı dəqiqləşdi
21.01.2011 - 13:18
Bakının “Azərreyl” voleybol klubunun “Çelenc Cup” turnirinin 1/8 final mərhələsində keçirəcəyi oyunların tarixi dəqiqləşib. Apasport.az saytının məlumatına görə, Ukraynanın “Ximik” komandası ilə qarşılaşacaq Vüqar Əliyevin yetirmələri ilk oyunu səfərdə keçirəcəklər. Bu qarşılaşma fevralın 1-nə təsadüf edəcək. Cavab matçı isə 1 həftə sonra – fevralın 8-də Bakıda olacaq.
Qeyd edək ki, “Çelenc Cup”ın I təsnifat mərhələsindən mübarizəyə başlayan “Azərreyl” 1/8 finala kimi Maltanın “PAOLA Hibs”, Yunanıstanın “Markopoulo” və “Olimpiakos” klublarını mübarizədən kənarlaşdırıb.

0
0