Lideri dəyişə biləcək oyun
21.01.2011 - 15:31
Lideri dəyişə biləcək oyun
Sabah qadın voleybolçular arasında Azərbaycan Super Liqasında növbəti turun oyunlarına start veriləcək. Apasport.az saytının məlumatına görə, bu turda çempionatın 4 ən güclü komandası yenidən bir-birini sınağa çəkəcəklər.

“Sərhədçi” Olimpiya mərkəzində keçiriləcək ilk matçda autsayderlər - “Şirvan” və “Bakı” münasibətlərinə aydınlıq gətirəcəklər. Bu oyunda Adnan Kistakın yetirmələrinin qalib gələcəyi inandırıcı görünmür. Çünki Avrokuboklara vəsiqə qazanmağı planlaşdıran “Bakı” ilk dövrədəki uğuru təkrarlamaq arzusundadır.

Günün növbəti matçında “Lokomotiv” – “İqtisadçı” görüşü baş tutacaq. İlk dövrədə universitet komandasına uduzan Super Liqanın gümüş mükafatçısını bu dəfə də çətin sınaq gözləyir. Çünki Jan de Brandtın “İqtisadçı”ya gəlişindən sonra komandada xeyli irəliləyiş var. Lakin son turlarda qazandığı qələbə sayəsində liderlə xal fərqini 2-yə çatdıran “Lokomotiv”in uğurlu seriyanı davam etdirməsi də mümkündür.

Turun mərkəzi qarşılaşması isə “Rabitə” və “Azərreyl” arasında olacaq. Son turda məğlubiyyət acısı yaşayan Dejan Brdjoviçin yetirmələri bu matçda da xal itirəcəkləri halda, “dəmiryolçular”dan 2 xal geri düşəcəklər. Bunun üçün bu il “Azərreyl”ə 2 dəfə qalib gələn “Rabitə”nin eyni uğuru təkrarlayacağını proqnozlaşdırmaq olar.
Çempionluq iddiasında olan Vüqar Əliyevin komandasının da bu “ənənə”yə son qoyması gözləniləndir. Ötən tur liderliyə yüksələn “Azərreyl” mövqeyini qorumağa çalışacaq. Çünki Azərbaycanın ən titullu komandası uduzacağı halda yenidən I pilləni “Rabitə”yə verəcək.

22 yanvar
VII tur

13:30. “Şirvan” - “Bakı”
“Bakı” – “Şirvan” - 3:0 (25:12, 25:22, 25:16)

15:30. “İqtisadçı” - “Lokomotiv”
“Lokomotiv” – “İqtisadçı” – 0:3 (23:25, 18:25, 23:25)

17:30. “Rabitə” - “Azərreyl”
“Azərreyl” – “Rabitə” – 1:3 (25:22, 19:25, 22:25, 22:25)

1

Azərreyl

6

5

1

16-5

11

2

Rabitə

6

4

2

14-7

10

3

İqtisadçı

6

4

2

14-8

10

4

Lokomotiv

6

3

3

11-12

9

5

Bakı

6

1

5

5-15

7

6

Şirvan

6

1

5

4-17

7

0