“Rabitə” liderliyini qaytardı
22.01.2011 - 22:19
“Rabitə” liderliyini qaytardı
Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında VII turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, hər üç oyun eyni hesablı qələbə ilə nəticələnib. “Bakı”, “İqtisadçı” və “Rabitə” ilk dövrədə olduğu kimi, qələbəni bayram edib. Turun mərkəzi oyununda son çempion “Rabitə” lider “Azerreyl”i yenərək, bir turluq fasilədən zirvəyə qayıdıb. Düzdür, “İqtisadçı”nın da qalib gəldiyini nəzərə alsaq, üç hakimiyyətlik yaranıb. “Rabitə” daha yaxşı fərqə görə 1-ci yerdə qərarlaşıb.

22 yanvar
VII tur

“Şirvan” - “Bakı” – 0:3 (17:25, 16:25, 20:25)

“İqtisadçı” - “Lokomotiv” – 3:0 (25:23, 25:17, 25:18)

“Rabitə” - “Azərreyl” – 3:0 (25:23, 25:20, 25:14)

1. “Rabitə” - 12 (17-6), 2. “İqtisadçı” (17-8), 3. “Azərreyl” – 12 (16-8), 4. “Lokomotiv” – 10 (11-15), 5. “Bakı” – 7 (5-15), 6. “Şirvan” – 7 (4-17)
0