“Komandanı “Azərreyl”ə qarşı motivasiya etmək lazım gəlməyəcək”
24.01.2011 - 12:19
“Komandanı “Azərreyl”ə qarşı motivasiya etmək lazım gəlməyəcək”
“Biz növbəti oyunda tam bütün gücümüzü meydanda qoymağı planlaşdırırıq. Fikrimcə, rəqibə qarşı komandanı motivasiya etmək lazım gəlməyəcək”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Ximik” voleybol klubunun sədri Sergey Çernışev deyib.

Ukrayna təmsilçisi “Çelenc Cup” turnirinin 1/8 final mərhələsində Bakının “Azərreyl” komandası ilə qarşılaşacaq. Çernışev fevralın 1-də Odessada baş tutacaq ilk oyuna münasibət bildirib: “İndi bütün komandalar güclənir. Yarış elə bir mərhələyə daxil olub ki, burada həlledici görüşlər barəsində fikirləşmək lazımdır. Bakı klubu isə çox güclü voleybolçulardan təşkil edilib. Burada 9 ölkənin yetirməsi cəmlənib. Bizi isə ev oyununda qələbə qane edəcək. İnanıram ki, buna nail olmaq üçün hər 1 voleybolçumuz bütün bacarığını ortaya qoyacaq. Bu matçda Odessa “Cenestra”nın oyunçusu Tatyana Kozlovanın da bizə kömək etməsi barədə ilkin razılıq əldə etmişik”.
0