Azərbaycan çempionatından imtina edən klub
24.01.2011 - 13:48
Azərbaycan çempionatından imtina edən klub
Basketbol üzrə Azərbaycan çempionatının növbəti turları 5 komandanın iştirakı ilə keçiriləcək. Basketbol Federasiyasından apasport.az saytına verilən məlumata görə, birinciliyin debütantı “Şəki” yarışda iştirakını rəsmən dayandırıb.

Buna səbəb komandanın sponsorlarının onlardan imtina etməsi olub. Şəkili basketbolçular bu səbəbdən II dövrənin ilk oyununda BDU ilə görüşə də çıxmayıblar.

Qeyd edək ki, “Şəki” I dövrədən sonra IV pillədə qərarlaşmışdı.
0