“Bakı komandasını məğlub etməkdən başqa yolumuz yoxdur”
25.01.2011 - 13:57
“Oyun qrafikimiz çox sıxdır. Bu isə çempionat matçlarından daha vacib olan Çempionlar Liqasının pley-off mərhələsində yorğunluqla müşahidə oluna bilər”. Apasport.az saytının məlumatına görə, bu sözləri Çexiyanın “Modranska” voleybol klubunun baş məşqçisi Miroslav Çad deyib.
Çempionlar Liqasının I pley-off mərhələsində Bakının “Rabitə” komandası ilə qarşılaşacaq Çexiya çempionunun çalışdırıcısı bildirib ki, səfərə rahat yollanmaq üçün ilk görüşdə mütləq qələbə qazanacaqlar: “Əsas məqsədimiz Azərbaycan çempionuna qarşı layiqli müqavimət göstərməkdir. Mən başa düşürəm ki, ilk oyunda hər şey çətin olacaq. Amma biz ev oyunumuzda mütləq qələbə qazanmalıyıq. Çünki əks halda öz işimizi çətinə salacağıq. Səfərdə “Rabitə” ilə oynamaq heç də asan olmayacaq. Bunun üçün sabah “Brno” və ardınca yanvarın 28-də “Sçveçat” klublarına qarşı keçirəcəyimiz oyunlarda da ehtiyatlı olacağıq”.
Qeyd edək ki, “Modranska” – “Rabitə” matçı fevralın 3-də Bakı vaxtı ilə saat 21:10-da start götürəcək.

0
0