Daha bir latviyalı Bakıya gəlir
26.01.2011 - 13:12
Daha bir latviyalı Bakıya gəlir
Bakının “Azərreyl”, “Lokomotiv” və “İqtisadçı” voleybol komandalarının “Çelenc Cup” turnirinin 1/8 final mərhələsində ilk oyunlarını idarə edəcək hakimlərin adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, Avropa Voleybol Konfederasiyası fevralın 1-də keçiriləcək “Lokomotiv” – “Apollon” (Kipr) görüşündə ədaləti qorumağı latviyalı Salvis Kurtissə tapşırıb. “Sərhədçi” Olimpiya Mərkəzində baş tutacaq matça II hakim kimi Margus Kapp (Estoniya) təyinat alıb.

Həmin gün səfərdə Ukrayna “Ximik”inin qonağı olacaq Bakının “Azərreyl” komandasının taleyi isə Ognian Tankişev (Bolqarıstan) və Agnieszka Miçlikə (Polşa) həvalə edilib.

Paytaxtın “Azərreyl” və “Lokomotiv” komandalarından fərqli, “İqtisadçı” ilk matçına fevralın 2-də çıxacaq. Jan De Brandtin yetirmələrinin səfərdə Rumıniyanın “Stiinta” klubu ilə qarşılaşmasında əsas söz sahibi Ljobomir Globaçik (Sloveniya) olacaq. Ona köməkliyi isə Tajana Kramar Sandl (Xorvatiya) yerinə yetirəcək.
0