Azərbaycan çempionu yeni transferini sifariş edə bildi
27.01.2011 - 13:43
Bakının “Rabitə” voleybol klubu Çempionlar Liqasının I pley-off mərhələsində yeni transfer etdiyi Marina Miletiçin xidmətindən yararlana biləcək. Apasport.az saytının məlumatına görə, fevralın 3-də Çexiyanın “Modranska” komandasının qonağı olacaq Azərbaycan çempionu xorvatiyalı legionerin adını sifariş ərizəsinə daxil edib.
Lakin hücumçu olan 28 yaşlı Miletiçin görüşün ilk dəqiqlərindən meydana çıxması inandırıcı görünmür. Çünki “Rabitə”nin forvardları – Natalya Məmmədova və Sanya Staroviç komandasına ondan daha çox xeyir vermək gücündədirlər.
Qeyd edək ki, Xorvatiya yığmasının üzvü olan Marina “Rabitə”yə Rusiyanın “Dinamo-Yantar” klubundan transfer olunub. O karyerası ərzində hələ ki Çempionlar Liqasında mübarizə aparmayıb.

0
0