Rumıniya yığmasının üzvü Azərbaycan çempionatında - FOTO
28.01.2011 - 17:40
Rumıniya yığmasının üzvü Azərbaycan çempionatında - FOTO
Rumıniya milli komandasının voleybolçusu Dayana Mureşan karyerasını Azərbaycanda davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, Polşanın “Belostok” klubunda çıxış edən 21 yaşlı hücumçu Super Liqa komandalarından biri ilə müqavilə bağlamağa yaxındır. Adı açıqlanmayan klubla danışıqlar müsbət yekunlaşacağı halda, o karyerasının növbəti 5 ayını Azərbaycanda keçirəcək. 187 sm boyu olan Mureşan taleyinə çempionatın VIII turuna kimi aydınlıq gələcəyi gözlənilir.

Qeyd edək ki, Dayananın karyerası əsasən Rumıniyanın “Metal Qalati” klubu ilə bağlıdır. Burada 3 il çıxış edən voleybolçu bu komandanın heyətində CEV kuboku və “Çelenc Cup” turnirlərində çıxış edib.
0