Bakı klubu “Fənərbaxça”ya uduzdu
31.01.2011 - 10:33
Bakı klubu “Fənərbaxça”ya uduzdu
“Çelenc Cup” turnirinin 1/8 final mərhələsinə hazırlaşan Bakının “Azərreyl” voleybol klubu yoxlama görüşündə gücünü sınayıb. Apasport.az saytının məlumatına görə, Türkiyədə təlim-məşq toplanışında olan Vüqar Əliyevin yetirmələri “Fənərbaxça” komandası ilə münasibətlərinə aydınlıq gətirib.

“Burhan Fələk Voleybol Salonu”nda keçirilən qarşılaşma “sarı-lacivərdli”lərinin qələbəsi ilə yekunlaşıb. Belə ki, ilk 2 setdə 23:25 hesabı ilə uduzan “Azərreyl” III hissədə fərqi minimuma endirsə də (25:19), bunun davamını gətirə bilməyib. IV setdə 25:18 hesabı ilə qalib gələn “Fənərbaxça” oyunun hesabını müəyyənləşdirib – 3:1.

Qeyd edək ki, bu oyundan sonra Türkiyədə hazırlığını başa vuran Vüqar Əliyevin yetirmələri birbaşa Ukraynanın Odessa şəhərinə yola düşüblər. Bakı klubu sabah orada “Çelenc Cup” turnirinin 1/8 final mərhələsinin ilk görüşündə “Ximik”lə qarşılaşacaq.
0