Ukrayna klubu ilə ikinci duel
31.01.2011 - 18:32
Ukrayna klubu ilə ikinci duel
Sabah “Çelenc Cup” turnirində 1/8 final mərhələsinin oyunlarına start veriləcək. Apasport.az saytının məlumatına görə, bu yarışda ölkəmizi təmsil edən Bakının “Azərreyl” voleybol klubu ilk imtahanını səfərdə verəcək.

Vüqar Əliyevin yetirmələri Ukraynanın “Ximik” komandası ilə münasibətlərinə aydınlıq gətirəcəklər. Bakı klubunun rəqibini asanlıqla məğlub edəcəyini proqnozlaşdırmaq olar. Çünki indiyə kimi 1 set də olsa belə məğlub olmayan voleybolçularımızın Odessa təmsilçisi ilə oyunda xal itirməsi də inandırıcı görünmür.

“Ximik” - “Azərreyl” oyunu sabah Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Qarşılaşmanı Ognian Tankişev (Bolqarıstan) və Agnieszka Miçlik (Polşa) idarə edəcəklər.

Qeyd edək ki, “Azərreyl” “Top-komandalar” kubokunu qazandığı 2002-ci ildə 1/4 finalda Ukrayna klubuna qalib gəlmişdi. Həmin vaxt Faiq Qarayevin başçılıq etdiyi komanda “Dinamo-Yenestra”ya səfərdə və evdə 3:0 hesabı ilə qalib gəlmişdi.
0