“Azərreyl” “Ximik”ə göz açmağa imkan vermədi
01.02.2011 - 21:10
“Azərreyl” “Ximik”ə göz açmağa imkan vermədi
“Çelenc Cup” turnirində 1/8 final mərhələsinin oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, yarışda ölkəmizi təmsil edən Bakının “Azərreyl” klubu Ukrayna “Ximik” komandası ilə qarşılaşıb.

Vüqar Əliyevin yetirmələri odessalılarla oyunda quru hesablı qələbə qazanıblar. İlk seti 11 xallıq fərlə başa vuran komandamız ikinci partiyada meydan sahiblərinin müqaviməti ilə üzləşiblər. Amma “Ximik”in gücü 18 xal qazanmağa çatıb.

Ardıcıl iki set qazanan “Azərreyl”in üçüncüdə işi daha asan olub. Bu dəfə komandamız rəqibinə yalnız 13 xal verib.


20:00. “Ximik” - “Azərreyl” - 0:3 (14:25; 18:25; 13:25)
Hakimlər: Ognian Tankişev (Bolqarıstan), Agnieszka Miçlik (Polşa).
0