“Lokomotiv”dən asan qələbə - YENİLƏNİB
01.02.2011 - 19:19
Bakının “Lokomotiv” voleybol klubu bu gün “Çelenc Cup”da növbəti oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, “dəmiryolçular” 1/8 final mərhələsinin ilk görüşündə Kiprin “Apollon” komandası ilə qarşılaşıblar.
“Sərhədçi” Olimpiya Mərkəzində keçirilən matçda rəqibin ciddi müqavimət göstərəcəyi gözlənilsə də, bu belə olmayıb. İlk setdən üstünlüyü ələ alan Draqutin Baltiçin yetirmələri asan qələbə qazanıblar.
Belə ki, I hissədə 25:19 hesabı ilə qalib gələn Super Liqanın son vitse-çempionu növbəti seti də aktivinə yazmaqda çətinlik çəkməyib – 25:15. Heyətində əsasən bolqarıstanlı və ukraynalı legionerlərin yer aldığı Limassol təmsilçisi son hissədə oyunda dönüş yaratmaq istəsə də, voleybolçularımız onların arzularının həyata keçməsinə imkan verməyiblər. Bu dəfə rəqibini 25:18 hesabı ilə məğlub edən “Lokomotiv” qarşılaşmanın hesabını müəyyənləşdirib – 3:0.
Qeyd edək ki, bu komandalar arasında cavab oyunu fevralın 8-də Kiprdə keçiriləcək.
“Lokomotiv” - “Apollon” - 3:0 (25:19, 25:15, 25:18)
Hakimlər: Salvis Kurtiss (Latviya), Margus Kapp (Estoniya).
“Sərhədçi” Olimpiya Mərkəzi

0
0