Azərbaycanın vitse-çempionu Slovakiyada ilin ən yaxşısı seçildi - FOTO
01.02.2011 - 14:38
Azərbaycanın vitse-çempionu Slovakiyada ilin ən yaxşısı seçildi - FOTO
Slovakiya Voleybol Federasiyası 2010-cu ilin ən yaxşı oyunçusunun adını açıqlayıb. Apasport.az saytının məlumatına görə, bu ada Bakının “Lokomotiv” klubunun toppaylayıcısı Monika Smak layiq görülüb. 38 yaşlı Super Liqanın gümüş mükafatçısı ümumilikdə 4-cü, ardıcıl isə 2 dəfə ölkəsinin ən yaxşısı seçilib.

Qeyd edək ki, Smak Azərbaycan Super Liqasının 2010/2011-ci illər mövsümünün ən yaşlı voleybolçusudur.
0