Yevgeni Nikolayev: “Azərreyl” “Çelenc Cup”ı qazanmaq gücündədir
02.02.2011 - 10:28
“Mən rəqibimizi layiqli qələbə münasibəti ilə təbrik edirəm. Onların göstərdikləri oyun yalnız ən xoş sözlərə layiqdir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ukraynanın “Ximik” voleybol klubunun baş məşqçisi Yevgeni Nikolayev deyib.
“Çelenc Cup” turnirinin 1/8 final mərhələsində Bakının “Azərreyl” komandasına 0:3 hesabı ilə uduzan Yujnı təmsilçisinin çalışdırıcısı Nikolayev bildirib ki, onlar “Azərreyl”lə başabaş mübarizə aparmaq gücündə deyillər: “Bu komanda “Çelenc Cup” turnirinin çempionu olmaq gücündədir. Çünki bakılıların heyətində təcrübəli voleybolçular cəmləşib və komanda kimi oyuna çox yaxşı kökləniblər. Biz başa düşürük ki, hazırda Azərbaycan komandası ilə bərabər səviyyədə mübarizə aparmaq gücündə deyilik. Çünki rəqibə qalib gəlmək üçün bizim bu gün çıxışımızdan qat-qat artıq oynamaq lazımdır. Bəli, biz ümid edirdik ki, görüş heç olmasa bir az fərqli keçəcək. Daha yaxşı oynamaq istəyirdik. Rəqibin oyununu təhlil etmişdik. Lakin bu səviyyəli komanda ilə rəqabət apara bilmərik. Çünki çoxlu səhvlərə yol verdik. Güclü komandalar isə səhvi bağışlamır. Əsas fakt isə “Azərreyl” bizdən çox güclü olmasıdır”.
Nikolayev fevralın 8-də Bakıda keçiriləcək cavab oyununa da toxunub: “Azərbaycanda da bizi çətin oyun gözləyir. Bu görüş isə bizə təcrübə baxımından önəmlidir. Fikrimcə, Bakıda ev oyunundan fərqli, daha yaxşı oynayacağıq. “Azərreyl”ə isə növbəti mərhələlərdə də uğurlar arzulayıram”.
Qeyd edək ki, “Ximik” Ukrayna çempionatında 18 turdan sonra 43 xalla 1-ci pillədə qərarlaşıb. Onlar ən yaxın izləyicilərini 6 xal qabaqlayırlar.

0
0